Davamlı Tibbi Təhsil

03/28/2022

    
                Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.
Davamlı tibbi təhsil– praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olub, ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.
ətraflı

Hüquqi Sənədlər
Davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası üçün müraciət
Akkreditasiya edilmiş elm və tədris təbdirlərinin təqvimi
Britaniyanın Tibb Jurnalı (BMJ)

Davamlı tibbi təhsil haqqında ətraflı məlumat əldə etmək üçün İctimai Səhiyyə və İslahatlar Mərkəzi Sevda Məmmədovaya həftənin I-V günləri saat 9:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) 431-20-95 telefon nömrəsinə müraciət edə bilərsiz.