"Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi"
04/29/2022
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 noyabr 2011-ci il tarixli əmrinə əsasən 01.01.2012-ci il tarixindən Respublika üzrə bütün idarə və tibb müəssisələrinə “Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi” tətbiq edilmişdir.
“Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi” layihəsi çərçivəsində “Tibb kadrlarının vahid registri”, “Mərkəzləşdirilmiş işə qəbul”, “Elektron əmr”, “Tibb işçilərinin təkmilləşdirmə kursları”, “Tibb işçilərinin sertifikasiyası” sistemləri yaradılıb. Qeyd olunan sistemlər vahid bazada toplanılıb, bir- biri illə əlaqəli şəkildə işləyir. “Tibb İşçilərinin Vahid Registri” - Vahid Elektron Registr vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin tibb işçi heyəti (həkim və orta tibb işçiləri) vahid bazada toplanıb. Tibb Kadrlarının vahid registrinə daxil edilmiş hər bir işçiyə registr kodu verilir və bu kod unikallıq daşıyır. Registrdə tibb işçiləri - həkim və orta tibb işçilərinə görə ayrılıb. Daxil edilən məlumatlara müəssisədə mövcud olan ştat vahidləri, həmin ştat vahidlərindən rüblük çıxarış, tibb işçisinin şəxsi məlumatları, təhsili haqqında məlumatlar, iş təcrübəsi (həmçinin daxil edilən müəssisədə iş fəaliyyəti), bu vaxta qədər keçdiyi kursları və sertifikatları və digər məlumatları qeyd olunur. Həmçinin kadrların şəxsi uçot vərəqəsini də buradan çap etmək olar.
“Elektron Əmr” isə tibb müəssisəsinin tibb heyəti üçün verilən əmrlərin avtomatlaşdırılmasına xidmət edir. Sistemin yaradılmasına qədər qeyri-elektron üsulla verilən əmrlər hazırda sadə informasiyaları daxil etməklə standart əmr formasında yaradılır və həmin əmrləri çap edib sənəd formasına gətirməyə kömək edir. Kadr mütəxəssisi E-əmr verdikdə işçi haqda məlumatlar avtomatik registrdə öz əksini tapır. “Elektron əmr” vasitəsilə tibb işçilərinin kursa göndərilməsi və digər proseslər həyata keçirilir.