"Rəqəmsal Resept"

05/04/2022

    
                 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icrası məqsədilə, Azərbaycan Respublikası Səhiyə Nazirliyinin 06.05.2021 tarixli, 32 nömrəli  “Narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə rəqəmsal reseptin veriməsi barədə” əmri ilə Vahid Səhiyyə İnformasiya Sistemi çərçivəsində “Rəqəmsal Resept”  altsistemi  yaradılmışdır. 
          Bu layihə ilə əlaqədar olaraq “Səhiyyənin İnformasiyalaşdırıması Mərkəzi PHŞ”nə  verilmiş tapşırıqların icrası pilot layihə olaraq təmin edilmişdir. Beləki “Rəqəmsal Resept”  altsisteminin yaradılması üçün məlumat bazası və proqram təminatı hazırlanmışdır. Pilot lahiyə olaraq 26.07.2021-28.07.2021    “Bakı şəhər  Narkoloji Dispanser”də tətbiq edilmişdir. Hal-hazırda bu lahiyənin bütün əczaçılıq və tibb müəssisələrində  tətbiqi  ilə bağlı Səhiyyə Nazirliyi  tərəfindən müvafiq işlər görülür.