“Hamilə qadınların vahid elektron registri”
05/04/2022
Ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsi məqsədi ilə Azərbaycanda “Hamilə qadınların vahid elektron Registri”nin tətbiqi həyata keçirilib. Beləki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ- tərəfindən “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Hamilə qadınların vahid elektron registri” yaradılmışdır.
“Hamilə qadınların vahid elektron registri” – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı baza olub- burada hamilə qadınlara hamiləlik dövrü ərzində aparılmış müayinə və müşahidə məlumatları, köməkçi diaqnostik və laborator müayinələri, anamnez məlumatları, növbəti gəlişləri, risk qrupuna daxil olan hamilələr və digər məlumatlar əks olunur.
“Hamilə qadınların vahid registri”ndə qeydiyyatda duran hamilələr Covid-19 əleyhinə vaksinə qarşı əks göstəriş sertifikatınıda sistemdən əldə edə bilərlər.