
Elektron səhiyyə saytının yeni versiyası
Dizayn, quruluş və məzmun baxımından yenilənən saytda hər bir şəxsin öz kabineti vasitəsilə xidmətlərdən asan və rahat şəkildə yaralanması imkanını, vətəndaşların, səhiyyə işçilərinin, sahibkarların maraqlarına uyğun məlumatların, yeniliklərin təqdim edilməsini prioritet vəzifə kimi qarşımıza qoymuşuq.
“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ”nin rəsmi internet saytının (e-health.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.
Saytda vətəndaşlar kabinet bölməsi vasitəsilə şəxsi səhifələrinə keçid ala bilərlər. Qeyd edək ki, elektron səhiyyə saytında qeydiyyat “ASAN LOGİN”ə inteqrasiya olunmuşdur.
Dizayn, quruluş və məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt mərkəzin fəaliyyətinin ayrı - ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş elektron xidmətlərdən istifadənin asanlaşdırılmasını, elektron səhiyyə standartları və təsnifatlarının vətəndaşların istifadəsinə verilməsini təmin etmişdir.
Struktur və funksionallıq baxımından fərqlənən saytda istifadəçilərin daha çox müraciət etdikləri elektron xidmətlərin daha əlçatan şəkildə olması üçün xüsusi bölmələr ayrılmışdır. Belə ki, Vətəndaşlar, tibb işçiləri və sahibkarlar bölmələri vasitəsilə noviqasiya rahatlığı təmin edilmişdir.
Saytın resurslar bölməsində səhiyyə sahəsinə dair tibbi terminologiya, standartlar və təsnifatlar həmçinin qanunvericilik bölməsində elekton səhiyyə sahəsinə dair hüquqi sənədlər ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Saytın Layihələr bölməsində mərkəzin yarandığı gündən bugünə qədər həyata keçirdiyi layihələr barədə məlumatlar öz əksini tapmışdır.
Dinamik inkişaf proseslərini əks etdirən Media bölməsi vasitəsilə saytın istifadəçilərinə səhiyyə sahəsində baş verən hadisələrin və yeniliklərin çatdırılmasını təmin edən, KİV- tərəfindən təqdim edilən xəbərlər bölməsi həmçinin saytdan istifadənin rahatlaşdırılması məqsədilə tez-tez verilən suallar bölməsi yerləşdirilmişdir.
Saytda yerləşdirilən banerlər isə istifadəçilərə səhiyyənin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir.
Həmçinin saytda mərkəzin ünvanı, əlaqə nömrələri, elektron poçt ünvanı və digər əlaqə vasitələri yerləşdirilmişdir.
Onuda qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq İnformasiya siyasəti səhiyyə sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Səhiyyə sahəsində aparılan islahatlar, əldə olunan uğurlar, baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır, səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər təkmilləşdirilir və digər müvafiq tədbirlər uğurla həyata keçirilir.